Kraliçanın dəli qayınanası  - Portağal yeşiyində ölkədən qaçdı...
28 sentyabr 2023 11:38 (UTC +04:00)

Kraliçanın dəli qayınanası - Portağal yeşiyində ölkədən qaçdı...

Bukinqem sarayının ən cəfakeş şahzadələrindən birini təqdim edəcəyik. Kraliça II Yelizavetanın qayınanası, Filippin anası şahzadə Alisa barədə.

Onun haqqında vaxtilə dünyanın nüfuzlu qəzetləri, o cümlədən “The Guardian”  “Bukinqem sarayının ilk seksual xəstəsi”, “ilk dəlisi”, “Kraliçanın dəli qayınanası” kimi  xoş olmayan başlıqlarla yazılar veriblər.

Lent.az şahzadənin ağrılı ömür yolundan yazır. Biləcəksiniz ki, varlılar da ağlayırmış.
Ahzadə Alisa özü şəxsən 1967-ci ildə verdiyi müsahibəsində "Vindzor sarayında doğulmuşam. Kraliça Viktoriya mənim ulu nənəm idi. Hamı məni dəli hesab edirdi və psixiatrik xəstəxanaya göndərdilər. Məni məşhur Ziqmund Freyd dəli elan edib. Freyd çox zalım və pis insan idi”, - o bildirmişdi. Onun bu müsahibəsi o dövrdə bomba kimi partlamışdı.

Alisa kaliça Viktoriyanın nəticəsi idi. Və hələ o balaca ikən Viktoriya bu qızın fərqli olduğunu hiss etmişdi. Balaca ikən heç kimi eşitməyən bu qıza kar diaqnozu qoyulmuşdu.
Balaca Aliasa valideynlərinin səyi ilə bir neçə dildə sərbəst danışmağı bacarmışdı.

Gənc yaşlarında Alisanın çoxlu pərəstişkarları var idi. 1903-cü ildə, 18 yaşında olarkən o yunan şahzadəsi Andrey ilə evlənib. Bu sevgi evliliyi idi.

Monarx həyatı kənardan xoşbəxt görünsə də, öz sıxıcılığı, sərt qayda-qanunları ilə fərqlənirdi. Şahzadə Andrey arvadını sevsə də, şorgöz idi, önünə çıxan hər qadına potensial sevgili kimi baxırdı. Baxmayaraq ki, cütlüyün artıq 5 uşaqları doğulmuşdu. Şahzadə Fillip doğularkən Yunanıstanda çevriliş baş verib və monarx ailəsi İsveçrəyə mühacirətə qaçmalı olub. Şahzadənin həyatında çətin günlər başlayıb, ərini həbs ediblər. O, britaniyalı agentlərin köməyi ilə portağal yüklənmiş gəmidə, portağal qutularının içində gizlicə Britaniyaya (burda onu istmədilər), sonra Fransaya qaçıb.

Fransada baldızı Mariya Bonopartın malikanəsinə sığınıb. Mariya Bonopart frigit və seksual aclıq xəstəliyi olan qadın idi. Deyilənə görə, o seksual həzzin ən dərin qatlarını dadmaq üçün yüzlərlə kişi ilə, hətta öz oğlu ilə də yatağa girmişdi.

O evində çoxlu qonaqlar qəbul edirdi və bunlardan biri də psixiatr, hər zaman sərt görüntüsü ilə insanları ürküdən Ziqmund Freyd idi. O Mari ilə birlikdə qadın seksuallığı və seksual həzz prosesini araşdırııb. Mari heç utanmadan hətta mətbuata belə ilk sesksual həzzini 48 yaşda daddığını bildirmişdi. 

Mari və Freyd Alisanın ərinin israrları ilə birlikdə qərara gəliblər ki, Alisa seksual problemi olan qadınlar siyahısındadır. Çünki Alisa həddən artıq əsəbi, isterik və qeyri-adekvat qadın idi. əslində keçdiyi çətin günlər nəzərə alınsa bu normal qarşılanmalı idi.

Şahzadə Andrey arvadının psixi xəstə olduğunu israrla bildirir, Freyddən onu müalicə etməyi tələb edirdi. O bununla arvadından uzaq durmağa bəhanə gəzir öz sevgi macəraları üçün qarşısında dayanan maneəni aradan qaldırmağa çalışırdı.

Freydin tələbi ilə Alisanı İsveçrədəki psixiatrik xəstəxanalardan birinə yerləşdiriblər. Burda onu elektroşokla “müalicə edir” yumurtalığını rentgen şüaları ilə yandırır, saatlarla buzlu suda saxlayırdılar. Bütün bunlar qadının libidosunu azaltmaq, zamanından tez menopauzaya salmaq üçün idi. Ziqmund Freyd onun xəstəlik tarixçəsinə öz imzası ilə “Qadın cinsi quduzluğu” (Uterine rabies - "Beşenstvo matki”) diqanozu yazmışdı şahzadənin dayanılmaz kişi və cinsi istək həvəslərinin olmasından bəhs edirdi. 

Alisa qaçmağa çalışsa da, həkimlər iki il onu bu “cəza evində” saxlamağı bacarıblar.
Alisanın ailəsi dağılıb. Əri Monte-Karloya köçüb, qızları bir-bir alman aristokratları ilə evləniblər. O da oğlu Filiplə birlikdə Britaniyaya dönüb. Və Britaniyada əsrin görüşü baş tutub. Filip Yelizavetanı görüb və ona aşiq olub.

II Yelizavetanın ailəsi qızının kasıb əsilzadəyə aşiq olmasına qarşı çıxıblar. Amma toy baş tutub.
Oğlunun toyunda geyindiyi ziyafət geyimi onun həyatının son bər-bəzəyi olub. O əlində qalmış son qiymətli brilliant üzüyünü və ərinin toy günü başına taxmış olduğu qızıl tacı II Yelizavetaya toy hədiyyəsi olaraq verib. Ömrünün qalan 22 ilini şahzadə Alisa boz monastr libasında keçirib.
Oğlu evləndikdən sonra Alisanı yenidən psixi müayinədən keçiriblər və aydın olub ki, o heç bir zaman dəli olmayıbmış.

Filipp evləndikdən sonra Alisa qoca yaşlarında yenidən Yunanıstana gedib. Bu dəfə saraya yox, monastıra üz tutub. Hamının dəli dediyi qoca şahzadə ona göndərilən yeməkləri monastıra gələn kasıblara paylayıb. Az yeyir, çoxlu siqaret çəkir, şərab içirdi.

1967-ci ildə Yunanıstanda dövlət çevrilişindən sonra II Yelizaveta qayınanasını öz sarayına gətizdirib və o sarayda heç kimin girmədiyi balaca otağında 1969-cu ildə ömrünü başa vurub. 
Anası ölməzdən öncə, oğlu Filipp anasından üzr istəyib. Bir zamanlar atasının hiyləsinə uyub, anasını xəstə hesab etdiyi üçün. Lakin daha bunun bir mənası qalmışdımı? Kim bilir.

Şahzadə Alisanın vəsiyyətinə uyğun olaraq, onu Yerusəlimdə müqəddəs Mariya Maqdalina kilsəsinin həyətində basdırıblar. O, sərvət içində doğulub səfalət içində ölməyin nümunəsi kimi tarixə keçib.

Alisa və II Yelizaveta

Alisa  və oğlu Filipp

Ziqmund Freyd

Mari Bonapart

 

# 2466
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar