Los Anceles polisləri nə üçün nənə oldular?- Fotolarda gizlənən tarix
15 avqust 2022 16:59 (UTC +04:00)

Los Anceles polisləri nə üçün nənə oldular?- Fotolarda gizlənən tarix

Ötən əsrin 60-cı illərinin əvvəlində Los-Ancelesdəyaşlı qadınlara hücum edən qarətçini tutmaq  müşkülə çevrilmişdi. Şikayətçilərin sayı artınca “Mələklər şəhəri”nin polis departamentində qərar verildi. Qarətçini tələyə salmaq lazımdır. Bunun üçün bütün polislər qoca qarı paltarı geyinib küçələrə çıxdılar və qarətçini yaxaladılar. Amma uzun müddət  Los-Anceles polisinə Los -Anceles nənələri deyildi. Bu şəkil də həmin maraqlı tarixçəni unudulmaz edən faktdır.

Ötən əsrin 40-cı illərində qadınların kapron corablar olmadan  bayıra çıxması ayıb sayılırdı. Müharibə illərində kapron corabları tapmaq müşkülə çevrilmişdi. O dövrdə Kapron corablar adətən  tor şəklində olurdu və arxadan  uzun tikişli zolağa malik idi. Qadınlar çıxış yolu tapmışdılar. Görüşə və ya hansısa mühüm bir  tədbirə getməzdən öncə ayaqlarına qələmlə naxışlar çəkirdilər ki, ayaqları çılpaq görünməsin.


Bu şəkil dünyanın ilk marketinq hiylələrindən biridir. 1936-cı ildə Kopenhagendə palto satışı ilə məşğul olan Çarlz Tryolstrupun anbarında çoxlu sayda mövsümü keçməkdə olan palto yığılıb qalmışdı. Ticarətçi iflasdan canını maraqlı bir metodla qurtardı. Mağazasının  üstündə tikinti gedirdi və hər yer dəmir ağaclarla “qəfəslənmişdi”. Çarlz bu dəmir qəfəsi öz paltoları ilə hasarladı və insanların diqqətini cəlb etdi. Beləcə mövsüm bitmədən paltolar satılıb qurtardı.

Koronavirusdan qorunmaq? Yox. Ötən əsrin əvvəllərində günəş kremini bax bu geyimlər əvəz edirdi. 30-cu illərin çimərlik aksessuarları arasında bu örtüklər də vardı.

# 897
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar