Mark Zukerberqə inamsızlıq ARTIR
01 may 2023 09:41 (UTC +04:00)

Mark Zukerberqə inamsızlıq ARTIR

"Meta" komandasında mənəvi böhran baş verir və kütləvi ixtisarlar fonunda şirkətin qurucusu Mark Zukerberqə inamsızlıq artıb.

Lent.az xəbər verir ki, bu barədə “The Washington Post” əməkdaşların anonim açıqlamalarına istinadən məlumat yayıb.

Materialda qeyd edilir ki, şirkət əvvəllər böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub. Hazırda, söhbət on minlərlə ixtisar edilən işçidən və anlaşılmaz perspektivlərdən gedir. "Meta"nın mürəkkəblikləri arasında “metaverse” sərmayəsinin aşağı gəlirliliyi və bütövlükdə geosiyasi qeyri-sabitliyin və yüksək faiz dərəcələrinin İT sektoruna mənfi təsiri adlanır.

Zukerberq şirkəti iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün ilk növbədə işçilərini ixtisar etməklə xərcləri azaltmaq qərarına gəlib.

# 1131
avatar

Fidan İlqar

Oxşar yazılar