Nə qədər  spirtli içki içmək   faydalı ola bilər?
07 iyun 2023 00:55 (UTC +04:00)

Nə qədər spirtli içki içmək faydalı ola bilər?

Kembric və Sidney universitetlərinin alimləri bildiriblər ki, orta dərəcədə spirt istehlakı orqanizm üçün faydalı ola bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırmalar spirtin iltihab və şişkinliyə səbəb olan kimyəvi maddələrin qarşısını almağa kömək etdiyini göstərib.

Tədqiqatçılar Böyük Britaniyanın 3101 sakininin qanında C-reaktiv zülalın səviyyəsini öyrəniblər. Bu maddənin yüksək səviyyəsi qan damarlarında, orqanlarda iltihabı, həmçinin xərçəng, infarkt, vuruş və psixi pozğunluqların inkişaf riskini göstərir.

Alimlər bu zülalın ən azının vaxtaşırı spirtli içkilər qəbul edənlərdə tapıldığını bildiriblər. Doktor Reyçel Visontayın sözlərinə görə, az içmək "iltihab zamanı faydalı ola bilər".

Belə bir müalicəvi təsirə nail olmaq üçün həftəlik 0,5 litr həcmli altı stəkandan çox olmayan pivə və ya orta stəkan şərabla bərabər spirtli içki içmək tövsiyə olunur.

# 2187
avatar

Oxşar yazılar