İtaliyada məşhur milyonçu Massimo Seqrenin Turindəki malikanəsində nişan mərasimi baş tutub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı kişi 47 yaşlı nişanlısı Kristina Seymandi ilə bağlı fotoları göstərərək xəyanətə uğradığını açıqlayıb. Nişan məclisində mikrofonu əlinə alan Seqrenin çıxışında gələcək həyat yoldaşı haqqında sevgi dolu sözlər deyəcəyi gözlənilib. Lakin bəy bir anda zaldakı hər kəsi şoka salıb və nişanlısını onu aldatmaqda ittiham etməyə başlayıb:
“Mən Kristinaya sevgi azadlığı vermək istəyirəm. Xüsusilə, onun bir vəkili sevməsini istəyirəm. Hörmətli Kristina, ona nə qədər aşiq olduğunuzu bilirəm və daha əvvəl başqa bir sənayeçi ilə münasibətdə olduğunuzu bilirəm. Kristina həqiqəti söyləməkdə o qədər bacarıqlıdır ki, burada hamınızın gözü önündə aldadılmış kimi görünməyi xoşladığımı düşünməyin. Bu böyük bir məsələdir. Çox pis oldum, qəlbim çox qırıldı”.
Həmin görüntülər həm sosial mediada, həm də dünya mətbuatında ən diqqət çəkən mövzulardan birinə çevrilib.
