Niyə tualetdə KİBRİT saxlamaq lazımdır? Bu  hiyləni hamı bilmir
30 yanvar 2023 18:47 (UTC +04:00)

Niyə tualetdə KİBRİT saxlamaq lazımdır? Bu hiyləni hamı bilmir

Tualetdəki xoşagəlməz qoxunun qarşısını almağın müxtəlif üsulları var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insan xoşagəlməz qoxunu yox etmək üçün nəzərdə tutulmuş müxtəlif kimyəvi maddələrdən istifadə edir. Lakin kimyəvi maddələr bəzən işə yaramır. 

Bəs, tualetdəki xoşagəlməz qoxudan necə qurtulmaq olar?

Bu problemi tez həll etmək üçün əlinizdə olan əşyalardan istifadə edə bilərsiniz.

Diş pastası

Diş pastasının qabını bir neçə yerdən deşib suya batırın. Beləliklə, tualetdəki pis qoxu təmizlənməyə başlayacaq.

Sirkə

Ən çox istifadə edilən təmizləmə üsullarından biri də sirkədir. Sirkəni tualetinizə tökdükdən sonra qoxunun xeyli azaldığını görəcəksiniz.

Soda və limon suyunun qarışığı da tualetdəki xoşagəlməz qoxuları aradan qaldırmaqda çox təsirlidir. Yaratdığınız qarışığı sprey şüşəsi ilə tualetinizə sıxaraq tətbiq edə bilərsiniz.

Kibrit

Tualetdə 5-6 ədəd kibrit yandırmaq xoşagəlməz qoxuların məhv olmasına səbəb olacaq. 

# 6408
avatar

Oxşar yazılar