Özünüzü daha güclü  hiss etdirən 3 ad günü: Onlar "Müdrik Qurdlardır"
02 dekabr 2025 15:29 (UTC +04:00)

Özünüzü daha güclü hiss etdirən 3 ad günü: Onlar "Müdrik Qurdlardır"

0

Bəzən elə bir insanla qarşılaşırsınız ki, onun tək qalmaqdan çəkinmədiyini dərhal hiss edirsiniz. Belə insanlar daxildən güclü, cazibədar və bir qədər sirli olurlar, özləri ilə rahatdırlar və yalnızlıqdan qaçmaq üçün süni şəkildə münasibətlər qurmurlar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onların əksəriyyəti sağlam dostluqlar və dərin romantik əlaqələr qurur, amma heç vaxt kiminsə təsdiqinə ehtiyac duymur və iç səsini susdurmaq üçün başqalarından istifadə etmirlər.

Ayın 8-də doğulanlar -  Karmanın daşıyıcısı

8-də doğulanların güclü daxili “mən”i olur.

Onları Satrun zaman və karma planeti idarə edir. Bu insanlar ehtiyatlı, düşüncəli və hər addımının nəticəsini yaxşı anlayan şəxsiyyətlərdir. Yaxınlarına sadiqdirlər, dürüstlüyə və etikaya yüksək qiymət verirlər, özünü dərk etməyə və emosional yetkinliyə üstünlük verirlər Onlar ətrafına görə yox, öz daxili prinsiplərinə görə yaşayırlar.

Ayın 16-da doğulanlar - Mistik vizyonerlər

16-da doğulanlara Neptun spiritual enerji planeti rəhbərlik edir.

Onların varlığı zərif, bir qədər qeyri-maddi və sirli görünə bilər. Güclü təsəvvür və fantaziya qabiliyyəti, daxili dünyaya tez çəkilmək, yaradıcı və şəfaedici enerjilərlə işləmək, tək qalaraq ruhən yenilənmək. Bu insanlar tez-tez rəssam, yazıçı, şəfaçı, düşüncə adamı kimi tanınırlar.

Ayın 27-də doğulanlar - Müstəqil döyüşçü

27-də doğulanları Mars mübarizə, iradə və özünü qoruma planeti idarə edir.

Onlar liderlik ruhu ilə dünyaya gəlirlər. Ətrafdakıların yolunu təkrarlamağı sevmirlər, güclü özünəinam və sarsılmaz daxili nüvəyə sahibdirlər, seçimlərini kim olduqlarına görə deyil, kim olmaq istədiklərinə görə edirlər. Potensialını reallaşdırmamaqdan dərin qorxu duyurlar. Onlar üçün yalnızlıq zəiflik deyil, güc mənbəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar