Şarlotta Rouz
24 mart 2021 09:16 (UTC +04:00)

Şarlotta Rouz

Polisdəki işindən getdi,  indi milyonlar qazanır

İngiltərənin Esseks qraflığından olan Şarlotta Rouz baytar olmağı xəyal edib və hətta universitetə də girib, ancaq təhsilini bir il təxirə salıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o anda qıza polisdə işləmək təklif edilib və o da razılaşıb. Lakin tezliklə buranın onun üçün uyğun olmadığını başa düşüb. Qız kişi həmkarlarından təzyiq hiss edbi və burada çox şey qazanmayacağını başa düşüb.

Bir il sonra Şarlotta peşəsini tərk edib və model olaraq işə başlayıb: alt paltarları və lüks idman avtomobillərini reklam edbi.

2016-cı ildə ona yeni açılan OnlyFans veb saytına qoşulmaq təklif edilib, burada çəkdirəcəyi açıq-saçıq şəkillərlə çox pul qazana biləcəyi deyilib.

Əvvəlcə qız təşəbbüsə çox həvəs göstərmədən reaksiya verib, lakin sonra bu işə gündə 14-16 saat ayırmağa başlayıb və tez bir zamanda nəticəsini verib. Qarabuğdayı qız ayda 150 min funt sterlinq qazanmağa başlayıb və qısa müddətdə milyonçi olub.

Bununla birlikdə, Şarlotta nisbətən abırlı şəkillər şəkdirdiyini söyləyib. Bu səbəbdən çoxsaylı pərəstişkarları onu sevir. 27 yaşlı model, özü üçün işləməyi sevdiyini və rəhbərinin olmadığını qeyd edib.

Hesabdakı böyük məbləğlərə baxmayaraq, Şarlotta gözəl bir həyat sürməyə tələsmir və ağılsızca pul xərcləyir. Bunun əvəzinə daşınmaz əmlaka investisiya qoyub və öz işinə başlayıb.

Ancaq yenə də bir şeyə müqavimət göstərə bilməyib: uşaqlıqdan bənövşəyi bir "Lamborghini" xəyal edirdi və 256 min funt-sterlinqə onu alıb.
 

# 3024
avatar

Oxşar yazılar