Qətlin şahidi olan tutuquşu 9 il sonra cinayətin  ÜSTÜNÜ AÇIB
27 mart 2023 14:26 (UTC +04:00)

Qətlin şahidi olan tutuquşu 9 il sonra cinayətin ÜSTÜNÜ AÇIB

Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında qətldən 9 il sonra iki kişiyə ömürlük həbs cəzası verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayət 2014-cü ildə Aqra şəhərində törədilib.

Həmin ildə yerli qəzetin baş redaktoru Vijay Sarma oğlu və qızı ilə birlikdə qonşu şəhərə toya gedib, arvadı isə evdə qalıb. O, qayıdandan sonra evin qarət edildiyini, arvadının və itinin öldürüldüyünü görüb. Bu hadisədən sonra evdə yaşayan tutuquşu yemək və içkidən imtina etməyə başlayıb. Bununla əlaqədar Vijay Sarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.

Nəticədə kişi cinayət törədə biləcək şəxslərin adlarını sadalayıb. Qardaşı oğlu Aşunun adını deyəndə quş qışqırmağa və qəfəsin içində çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxs həbs olunub.

Vijay Sarmanın qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkir və evdə qızıl-zinət əşyaları, nağd pulun harada saxlandığını bilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Fidan İlqar

Oxşar yazılar