Qəzetə görə  Ginnesin Rekordlar Kitabına düşdü
06 noyabr 2024 11:06 (UTC +04:00)

Qəzetə görə Ginnesin Rekordlar Kitabına düşdü

Qəzetlərin köməyi ilə Ginnesin Rekordlar Kitabına düşmək olar. Hindistan sakini bunu sübut edib.

Lent.az-ın xəbərinə görə, hindistanlı Şaşanka Sekhar Daş 4500 adda qəzetə abunə olmaqla rekordçu adını qazanıb.

Söhbət müxtəlif adlarda dövri nəşrlərdən gedir. Qeyri-adi kolleksiyanın olması hindistanlıya Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib.

Şaşanka Sekhar Daş uşaq ikən qəzet oxumağa maraq göstərib. 2000-ci ildə hindli nəşrlərdən birinin redaktor köməkçisi təyin edilib. Fəaliyyətinin bir hissəsi olaraq, adam çox sayda qəzet oxuyurdu. Bir müddət sonra o, oxuduğu qəzetlərdən kolleksiya toplamağa başladı. 

Nəticədə Şaşanka Sexar Daş müxtəlif adlarda 4515 qəzet toplayıb. Hindistan sakininin kolleksiyasına 138 ölkədən çap olunmuş dövri nəşrlər daxildir.
Onun topladığı qəzetlərdə 94 dildə yazılara rast gəlmək olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar