Şahzadə Diananın zinət əşyaları HƏRRACDA
12 may 2023 10:53 (UTC +04:00)

Şahzadə Diananın zinət əşyaları HƏRRACDA

0

Şahzadə Diananın zinət əşyaları hərraca çıxarılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahzadə Diananın ölümündən əvvəl 1997-ci ildə qatıldığı son tədbirdə taxdığı zinət əşyaları dəsti hərraca çıxarılır.

Öz lütfü, xeyirxahlığı və ictimaiyyətə yaxın mövqeyi ilə Şahzadə Diana təkcə İngiltərədə deyil, bütün dünyada hökmranlıq edib və xalqın şahzadəsi adlandırılıb. Ölümündən 26 il keçməsinə baxmayaraq, hələ də unudulmayıb.

Britaniya xalqının qəlbində xüsusi yeri olan Uels şahzadəsi Diana bu günlərdə yenidən gündəmdədir. Buna səbəb iyunun 27-də Nyu-Yorkda keçiriləcək hərracdır. Şahzadə Diananın ölməzdən əvvəl qatıldığı son tədbirdə taxdığı zinət əşyaları dəsti hərracda satılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1566

Oxşar yazılar