Sanksiyaya məruz qalan  rusiyalı oliqarxlar  və onların sərvəti: milyardlarla dollar...
18 mart 2022 11:24 (UTC +04:00)

Sanksiyaya məruz qalan rusiyalı oliqarxlar və onların sərvəti: milyardlarla dollar...

Vladimir Putinlə yaxınlığı ilə tanınan rusiyalı oliqarxların ən azı 118 milyard dollar sərvəti olduğu bildirilir. Onların arasında Rusiyanın ən varlı iş adamları Aleksey Mordaşov, Gennadi Timçenko və Roman Abramoviçin də adları var.

Lent.az xarici mətbuata istinadən həmin oliqarxların bir neçəsini təqdim edir: 

Roman Abramoviç 

Qərb ölkələrinin sanksiya tətbiq etdiklərindən biri İngiltərənin “Çelsi” futbol komandası və “Evraz” şirkətlərinin sahibi rus oliqarx Roman Abramoviçdir.  “Forbes” jurnalına görə, onun təxminən 13 milyard dollarlıq sərvəti var. O, sərvətini əsasən dəmir-polad sektoruna etdiyi investisiyalardan əldə edib. 2018-ci ildən Böyük Britaniyadan viza ala bilmədiyi üçün İsrail vətəndaşlığına keçib. 

Aleksey Mordaşov 

Rusiyanın ən varlı iş adamlarından biri olan Aleksey Mordaşovun 29,1 milyard dollar sərvəti olduğu təxmin edilir. O, gəlirinin böyük hissəsini polad sənayesindən qazanır. 

Andrey Melniçenko 

Rusiyanın kömür və gübrə sənayesinin əsas simalarından biri olan Andrey Melniçenkonun var-dövləti 16 milyard dollardır.

Gennadi Timçenko 

Enerji, nəqliyyat və tikinti sektorlarına qoyduğu sərmayələrlə tanınan Gennadi Timçenko 11,3 milyard dollar sərvətə malikdir.  Timçenkonun Rusiya prezident Vladimir Putinin 90-cı illərin əvvəlindən bu yana yaxın dost olduqları bilinir. 

İqor Rotenberq

Putinin uşaqlıq dostlarından biri kimi tanınan və Rusiyanın ən böyük boru kəməri tikinti şirkətinin sahibi olan Arkadi Rotenberqin oğlu İqor Rotenberq də sanksiyaya məruz qalanlardan biridir. 

Mixail Fridman 

Rusiyada bank sektorunun aparıcı adlarından biri olan Mixail Fridman 12,3 milyard dollar sərvətə malikdir. Onunla yanaşı, sanksiyaya məruz qalan Petr Avenin var-dövləti isə 4,5 milyard dollardır. Aven də Fridman kimi bank sahəsindəki investisiyaları ilə tanınır. 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5535
avatar

Sevinc Fərid

Oxşar yazılar