Tanınmış nevroloq insultun başlanğıc əlamətlərini   açıqladı
06 fevral 2023 04:49 (UTC +04:00)

Tanınmış nevroloq insultun başlanğıc əlamətlərini açıqladı

Hər hansı bir bədən funksiyasının itirilməsi insultdan əvvəl baş verir.

Lent.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə tanınmış nevroloq İqor Matsokin məlumat verib.

Nevroloq xatırladıb ki, insult beyin funksiyasının pozulduğu klinik sindromdur. Səbəb tromboz və ya emboliya səbəbiylə qan dövranı çatışmazlığıdır. Matsokinə görə insultdan əvvəl hər hansı bir bədən funksiyasının itirilməsi baş verir. Xüsusilə, həkim bu cür pozğunluqlar kimi ətraflarda hissiyyat itkisini qeyd edib.

Bildirib ki, əgər qolda və ya ayaqda zəiflik, üzün asimmetriyası yaranıbsa, insanın danışması çətinləşirsə, dərhal təcili yardım çağırmağa dəyər. Eyni zamanda, nevropatoloqun fikrincə, insult tez-tez ateroskleroz və ya ürək xəstəliklərinin ağırlaşmasına çevrilir.

Daha əvvəl məlumat verilmişdi ki, həkimlər insult əlamətlərini dəqiq müəyyən edən proqram hazırlayıblar.

# 2064
avatar

Oxşar yazılar