Tərəzi bürcü kişilərinin  xarakteri necədir?
06 dekabr 2022 09:47 (UTC +04:00)

Tərəzi bürcü kişilərinin xarakteri necədir?

Ulduzlar sistemində altıncı yeri tutan Tərəzi bürcü təxminən 24 sentyabrdan 22 oktyabra qədər olan dövrü əhatə edir. Veneranın idarə etdiyi, hava qrupuna aid olan tərəzi bürcləri ədalətli mühakimə aparmaq bacarıqları ilə bilinir.

Bəs, ayrılıqda tərəzi bürcünün kişi nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Tərəzi bürcünün kişi nümayəndələri əsasən qərarsızlıqları ilə tanınır. Amma bununla yanaşı onlar çox sosial insanlardır və əylənməyi sevirlər. Tərəzi kişiləri sevməyi və sevilməyi xoşlayır. Tərəzi bürcü altında doğulan şəxslər qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdırlar.

Tərəzi bürcünün müsbət tərəfləri əsasən məntiqli qərar verməkləri və olduqları mühitdə hörmət qazanmağı bacarmaqlarıdır. Onlar həm cazibədar, həm də emosionaldır. Yaxşı həmsöhbətdirlər. Xeyirxah insanlardır, ədalət hissləri ilə hər şeyə bərabər yanaşırlar. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşürlər.

Onların mənfi xüsusiyyətləri dedikdə ağla ilk dəyişkən əhval-ruhiyyələri gəlir. Kimlərlə olmasından asılı olmayaraq hər an kefləri dəyişə bilir. Bununla yanaşı, tərəzi kişiləri intiqamı sevəndirlər.

Tərəzi kişisi mükəmməl sevgilidir. Onlar daim sevgi axtarışdadırlar. Onlar üçün sevgi maddiyyatdan daha vacibdir. Tərəzi bürcünün kişi nümayəndələri həyat yoldaşlarına və ya sevgililərinə sürpriz etməyi sevir. Onlarda daim sevgisiz yaşamaq qorxusu var. Eyni zamanda tərəzi kişiləri çox nazlıdırlar. Buna görə də münasibətlərində həmişə problemlər yaranır.

İş həyatında gəldikdə isə Tərəzi kişiləri adətən bədii məsələlərdə istedadlıdırlar. Onlar narahat və stresli mühitlərdə işləməyi sevmirlər. İstədikləri işdə çalışmaq onlar üçün çox vacib faktorlardan biridir.

# 5910
avatar

Sevinc Fərid

Oxşar yazılar

Üzünüzü dəsmalla qurulamayın - SƏBƏB

Üzünüzü dəsmalla qurulamayın - SƏBƏB

4 fevral 2023 , 19:59
Dünyanın ən yaşlı iti

Dünyanın ən yaşlı iti

4 fevral 2023 , 07:30
Xüsusi dizaynlı antik saat – AZƏRBAYCANDA

Xüsusi dizaynlı antik saat – AZƏRBAYCANDA

4 fevral 2023 , 04:13
Varlanmaq üçün  İKİ QADINLA   evləndi və...

Varlanmaq üçün İKİ QADINLA evləndi və...

3 fevral 2023 , 19:16
Söyüş nələrə faydalıdır? -  PROFESSOR AÇIQLADI

Söyüş nələrə faydalıdır? - PROFESSOR AÇIQLADI

3 fevral 2023 , 17:22
Putinə  lüt şəkillərini   göndərmək istəyir: Bir xahişi var..

Putinə lüt şəkillərini göndərmək istəyir: Bir xahişi var..

3 fevral 2023 , 17:08
 DİQQƏT!   Təyyarədə tualet kağızından istifadə etməyin

DİQQƏT! Təyyarədə tualet kağızından istifadə etməyin

3 fevral 2023 , 16:28
Bu şəkillərdə ilk nə görürsünüz? - FOTO

Bu şəkillərdə ilk nə görürsünüz? - FOTO

3 fevral 2023 , 14:32