Bu gün Müslüm Maqomayevin günüdü
Bu gün görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin 70 illik yubileyidir.
APA-nın xəbərinə görə, bu gün münasibətilə M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov da daxil olmaqla bir qrup ziyalı, mədəniyyət xadimi sənətkarın Fəxri Xiyabanda məzarını ziyarət edəcəklər.
M.Maqomayevin xatirəsini anma mərasimi onun Moskvadakı evinin qarşısında da keçiriləcək. Müğənninin yubileyi ilə əlaqədar tədbirlər Rusiyanın bir neçə iri şəhərlərində də planlaşdırılıb. Rusiyanın aparıcı tele və radio kanallarında dünya şöhrətli sənətkara həsr olunan verişlər təqdim olunacaq.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.
M.Maqomayev "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər Maqomayev “Nizami” filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub.
Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb. Günəş sistemində kiçik bir planetinə sənətkarın adı verilib.
Müslüm Maqomayev 2008-ci ilin oktyabr ayında, ömrünün 67-ci ilində vəfat edib. Müğənni öz doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 , 13:34
Tarantino ən yaxşı flmlərini sıraladı
21 avqust 2025 , 10:38
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı
21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi
20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı
19 avqust 2025 , 13:57