“Çalıquşu” Azərbaycanda yüz minlik reklama çəkilir
Türkiyənin tanınmış aktrisası, “Çalıquşu” serialında Fəridə obrazı ilə tanınan Aydan Şener Bakıya gəlib. Lent.az-ın məlumatına görə, aktrisanın ölkəmizə səfərinin məqsədi kosmetoloji, estetik mərkəzin reklam çarxında çəkilməsidir. Mərkəzin siması qismində çıxış edəcək Aydan Şener bununla bağlı keçirilən mətbuat konfransına qatılıb.
Azərbaycancana ikinci gəlişinin olduğunu söyləyən türkiyəli sənətçi Bakını çox sevdiyini söyləyib: “Mən ən çox sevdiyim Bakı gecələridir. Səbirsizliklə gecənin düşməsini gözləyirəm. Çünki işıqlar yanarkən şəhər o qədər gözəl görünür ki”.
Son illər Azərbaycan və Türkiyə aktyorlarının güclənən işbirliyindən danışan aktrisa bildirib ki, Azərbaycanda çəkilən hər hansı bir filmdə oynamaq üçün ona edilən təklifi dəyərləndirəcək: “Doğrusu, Azərbaycan aktyorları ilə elə bir tanışlığım olmadı. Amma əgər məni film çəkilişlərinə dəvət edərlərsə, məmnuniyyətlə razı olaram”.
Aktrisa reklam çəkilişlərindən danışaraq bildirib ki, o, bu rolikdə “Çalıquşu” serialı ilə məşhurlaşdığı Fəridə obrazı ilə yox, Aydan Şenerin həyatını oynayacaq.
Bu gündən etibarən başlayan çəkilişlər Masallı və Bakının müxtəlif yerlərində baş tutacaq.
Rejissor Şahin Zəkizadə reklama çəkilən xərcləri dəqiq söyləməsə də, Lent.az-a açıqlamasında bildirib ki, bu reklamın qiyməti təqribən yüz min manata yaxındır. Onun sözlərinə görə, onların ərsəyə gətirəcəyi iş Azərbaycanda çəkilən reklamlardan ən yüksək məbləğinə və keyfiyyətinə görə seçiləcək.
Jalə

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10