Bakıda Güneyli soydaşlarımıza dəstək konserti - FOTO
Konsert əməkdar artist Tünzalə Ağayevanın solo çıxışından ibarət olub. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, tədbirin keçirilməsində məqsəd güneydəki soydaşlarımıza indiki çətin anda yardım etməkdir: “Biz onlarla bir yerdə olmalıyıq. Birliyimizi, gücümüzü göstərməliyik. Kimin imkanı nəyə çatırsa, əlindən gələni əsirgəməməlidir”.
Əməkdar artist Tünzalə Ağayeva Nəsimi, Füzuli, Yunus Əmrənin sözlərinə yazılmış təsəvvüf mahnılarını səsləndirilib.
Tədbirdə Qənirə Paşayevanın sözlərinə bəstələnən mahnılardan ibarət diskləri və "Onun sevgi məktubları" kitabı xeyriyyə məqsədi ilə satışa çıxarılıb. Bundan başqa, Güney Azərbaycanda zəlzələdən əziyyət çəkən insanlarımıza dəstək məqsədi ilə Qızıl Aypara Cəmiyyəti tərəfindən açılmış bank hesabı yazılmış kağızlar təqdim edilib.
Konsertə tanınmış siyasətçilər, incəsənət xadimləri, KİV rəhbərləri, diplomatik korpusun nümayəndələri və jurnalistlər də qatılıblar.

Oxşar yazılar

Kennedilər ailəsinin faciəvi sevgi hekayəsindən film çəkilir
18 iyun 2025 , 15:29
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06