Yeniyetmə ifaçımız beynəlxalq festivalda uğurla çıxış edib
30 avqust 2012 18:01 (UTC +04:00)

Yeniyetmə ifaçımız beynəlxalq festivalda uğurla çıxış edib

Bakı şəhəri G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov və müəllimi Siala Sinamdzqvarişvili Avstriyanın paytaxtı Vyanada pianoçuların XII Beynəlxalq müsabiqəsində iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 16-23 avqustda keçirilən tədbirdə Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica Austria" Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən müsabiqə çərçivəsində ustad dərsləri də təşkil olunub.

Avstriya, Rusiya, Yaponiya, Koreya, Çin, Monqolustan, Slovakiya, Sloveniya, ABŞ, Ermənistan və Qazaxıstandan ifaçıların iştirak etdiyi, üç yaş qrupu və iki mərhələdə gerçəkləşən müsabiqənin A qrupunda (12 yaşadək) ölkəmizi Nəriman Əmiraslanov təmsil edib.


Birinci mərhələdən öncə professor Chung Leedən ustad dərsləri alan yeniyetmə pianoçumuz V.A.Motsartın Do minor Sonatasının birinci hissəsini və Lya major Sonatasının üçüncü hissəsini - "Türk marşı"nı ifa edib. Bu mərhələdə uğurla çıxış edən Nəriman yeddi iştirakçı ilə birlikdə ikinci mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələyədək daha bir ustad dərsində Nəriman artıq ikinci mərhələnin proqramını təqdim edib.


Müsabiqənin finalı avqustun 23-də List zalında keçirilib. Kipr, Yaponiya, Argentina və Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi iştirakçıdan - birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə Azərbaycanı təmsil edən Nəriman Əmiraslanov layiq görülüb. Qaliblər diplomlar və xüsusi hədiyyələrlə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37