Üzeyir Hacıbəylinin 103 il öncə səslənən əsəri yenidən Filarmoniya səhnəsində - FOTO
Lent.az-ın məlumatına görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin yaradıcılığını Azərbaycan xalqı və bəşəriyyət üçün dəyərli mənəvi sərvət kimi dəyərləndirib.
Nazir bildirib ki, zaman keçdikcə Üzeyir Hacıbəyli sərvəti daha çox sevilir, xalqlar tərəfindən qəbul edilir. Dünya teatr səhnələrində həmin əsərlərin davamlı olaraq tamaşaya qoyulduğunu deyən nazir qeyd edib ki, Üzeyir Hacıbəyli milli olduğu qədər də bəşəridir.
Festivalın açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında geniş konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Xor Kapellasının da çıxış etdiyi konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, III akt , S.Prokofyevin violin və orkestr üçün 2 saylı konsert səsləndirilib. Bundan başqa dahi bəstəkarın 103 il bundan öncə cəmi bir dəfə ifa olunan “ Şeyx Sənan” operasından parçalar səsləndirilib.
Orkestrə xalq artisti, professor Rauf Abdullayev dirijorluq edib. Konsertin solisti fransalı violin ifaçısı Solenne Paidassi olub .
Jurnalistlərə açıqlama verən drijor bildirib ki, hər il ənənəvi olaraq keçirilən festivalda ilk dəfə “Şeyx Sənan” operasından parçalar səsləndirilib: “Heyf ki, bu operanın bütöv hissəsi yoxdur. Biz yalnız hissələrini ifa edə bildik. Çünki bütöv hissəsi bəstəkarın özündə olub və indi onu tapmaq mümkün deyil. Bu festival bizim musiqimiz üçün çox önəmlidir. Biz istəyirik ki, festivalda Azərbaycan musiqisi il yanaşı, dünya musiqiçilərinin də əsərləri ifa olunsun”.
Festival sentyabrın 28-dək davam edəcək.
Qeyd edək ki, Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalında Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edirlər.
Jalə

Oxşar yazılar

Kennedilər ailəsinin faciəvi sevgi hekayəsindən film çəkilir
18 iyun 2025 , 15:29
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06