Əməkdar artist Xalidə Quliyeva 60 yaşını qeyd edir
24 sentyabr 2012 10:13 (UTC +04:00)

Əməkdar artist Xalidə Quliyeva 60 yaşını qeyd edir

Lent.az-ın məlumatına görə, X.Quliyeva 1952-ci il anadan olub.

1974-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973-1976-cı illərdə institutun nəzdindəki “Səda” Tədris Teatrında çalışıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir.

Xalidə Quliyeva Validə (“Qızıl qaz”), Fatma (“Nəsimi”), Solmaz (“Bakıda küləklər əsir”), Milli (“Tütək səsi”), tibb bacısı (“Şahid qızı”), Xalidə (“Xoşbəxtlik qayğıları”), Bənövşə (“Çətirimiz buludlardır”), Xalidə (“Göyün yeddinci qatı” İran istehsalı), “İtkin pay” (İran istehsalı), “Bənövşə ətri” (Türkmənfilm) və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajında aktrisa kim iştirak edir.

“Azərbaycan Ziyalılar Hərəkatı”nın sədri Eldəniz Quliyev ilə evlidir, iki övladı var.
# 2305

Oxşar yazılar