Türk dünyasının «paytaxtı» 2700 illiyini qeyd edib
25 sentyabr 2012 07:11 (UTC +04:00)

Türk dünyasının «paytaxtı» 2700 illiyini qeyd edib

Lent.az-ın İTV-yə istinadən məlumatına görə, şəhərdəki nadir abidə, karvansaray, məscid, minarə, qala divarları, eləcə də körpülərin hər daşı Şəkinin qədim tarixindən xəbər verir. Elə buna görə də qədim Nuxa 2012-ci ildə Türk dünyasının qeyri-maddi irs paytaxtı elan olunub. İlk dəfə eradan 500 il əvvəl yunan tarixçisi Herodot tərəfindən adı çəkilən Şəki artıq 2700 yaşını qeyd edir.

Azadlıq Meydanında təşkil edilən «Şəhər günü»ndə Şəkinin Azərbaycan tarixində müstəsna rolu olduğu xüsusi vurğulanıb. Məhz buna görə də, bu gün Şəki ölkəmizin tarixi, mədəniyyəti və mədəni irsini qoruyub saxlayan unikal bölgələrimizdən biridir. Qeyd olunub ki, şəhərin müasirliklə qədimiliyin sintezini əks etdirən hazırkı görkəmini qorumaq hər bir şəkilinin borcudur.

Bayram tədbiri daha sonra şəhərin tarixi məkanlarından olan-Şərq memarlığının nadir incisi, XVIII əsrə aid tarixi-memarlıq abidəsi Şəki xan sarayında davam etdirilib.

2700 yaşlı Şəkinin ad günündə tanınmış teatr, musiqi xadimləri və rəqs kollektivləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2059

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37