Türkiyənin məşhur teleproqramı Qəbələ və Şəkidə çəkilişlər aparıb - FOTO
Türkiyənin TRT-1 telekanalında 27 ildir fasiləsiz yayımlanan “Gəzəlim Görəlim” proqramının çəkiliş qrupu Azərbaycanda qonaq olub. Lent.az-ın məlumatına görə, təcrübəli prodüser Nuray Yılmazın aparıcılığı ilə yayımlanan “Gəzəlim Görəlim” proqramının çəkiliş heyəti Azərbaycanın turizm şəhəri olan Qəbələ və Şəkidə çəkilişlər edib.
Türkiyədə ən çox baxılan televiziya proqramları arasında xüsusi yeri olan verilişin çəkiliş qrupu ilk öncə Qəbələyə yollanıblar. Qəbələnin turizm potensialı, təbiət gözəllikləri, həmçinin, Qəbələ kəndlərində insanların yaşayış tərzi lentə alınıb. Qəbələdə 3 gün davam edən çəkilişlərdən sonra qrup Şəkiyə səfər edilib. Şəkidəki zəngin tarixi-mədəni irs haqqında süjet hazırlanıb. Xan Sarayı, Karvansarayda çəkilişlər aparılıb.
Proqramın aparıcısı və rejissoru Nuray Yılmaz Azərbaycanın çox gözəl olduğunu söyləyərək, bu ölkəyə gəlməkdə gecikdiyini deyib. Türkiyədə Bakı şəhərini və bölgələrini artıq tanıdıqlarını deyən Nuray Yılmaz bildirib ki, bu, proqram vasitəsi ilə Qəbələ və Şəkini də Türkiyədə bir daha tanınacaq.
Nuray Yılmazın Azərbaycana həsr etdiyi bu proqram dekabrda TRT1 kanalında efirə gedəcək.

Oxşar yazılar

Sizi ekrana bağlayacaq 7 detektiv film - VİDEO
7 may 2025 , 15:50
“Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım” – Nəriman Həsənzadə ilə MÜSAHİBƏ
7 may 2025 , 14:12
Alətləri tərəvəzdən olan orkestr Rekordlar Kitabına düşdü
6 may 2025 , 15:48
Aktyor Vahid Əliyevin vəziyyəti yenidən pisləşdi
6 may 2025 , 13:42
Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film
5 may 2025 , 16:51
Hollivud batmaq üzrədir...
5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI
5 may 2025 , 13:43