Əlibaba Məmmədov:  “Səksən yaşımda bu dəyəri görə bildim”
05 mart 2009 14:30 (UTC +04:00)

Əlibaba Məmmədov: “Səksən yaşımda bu dəyəri görə bildim”

0
Xalq artisti Əlibaba Məmmədov mart ayında Azərbaycanda keçiriləcək Birinci Beynəlxalq Muğam festivalını həm respublikamız, həm də muğam ifaçıları üçün böyük şərəf hesab edir. Xalq artisti Lent.az-a açıqlamasında seçim üçün böyük məsuliyyət daşıdıqlarını ifadə edib: “Belə bir beynəlxalq tədbir bizim respublikamızda keçirilir. Buraya bütün dünyadan qonaqlar gələcək. Təbii ki, münsiflər heyəti üçün iştirakçı göndərmək çətin olacaq. Üzərimizdə böyük bir məsuliyyət var. Çünki bir-birindən güclü səslər var. Amma biz fəxr edirik ki, bu bizim respublikadadır”.

Xalq artisti öz təşəkkürlərini çatdırıb: “Ölkə prezidentinə və həyat yoldaşına təşəkkür edirik. Mənim kimi səksən yaşlı kişi çox sevinir, çünki muğamın bu səviyyədə qiymətləndirilməsini, bu gününü görə bildim”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1729

Oxşar yazılar