Beynəlxalq Muğam Festivalına üç ifaçı qatılacaq
0
0
Qaliblərə pul mükafatları veriləcək
Martın 9-da Respublika Muğam müsabiqəsinin ikinci turu keçiriləcək. Bu turda müsabiqəyə qatılmış ifaçılar sərbəst repertuar seçiminə malik olacaq və hər iştirakçı öz istədiyi muğamı oxuyacaq.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən müsabiqəyə iştirak üçün 104 müraciət daxil olub. Martın 5-də keçirilmiş birinci turda 20-35 yaş arasında olan 27 ifaçı iştirak edib. Onlardan 10 nəfəri ikinci turda iştirak etmək hüququ qazanıb.
Misir Mərdanov bildirib ki, müsabiqənin ikinci turunda 3 nəfər qalib müəyyənləşdiriləcək və onlar Beynəlxalq Muğam Festivalında Azərbaycanı təmsil edəcəklər. Bu festivalda isə 4 qalib müəyyənləşdiriləcək. Festivalın Qran-Prini alacaq iştirakçıya 20 min, birinci yeri tutan ifaçıya 15 min, ikinci yeri tutana 10 min, üçüncü yerin sahibinə isə 5 min avro məbləğində pul mükafatı veriləcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11