Alim Qasımov: “Gənc ifaçıları yola verirəm”
0
0
Xalq artisti Alim Qasımov aprelin 24-də Londona səfər edəcək.
Bu barədə Lent.az-a xanəndənin özü məlumat verib. O, daha əvvəl “Klonu” kvarteti ilə birgə çıxış etdiyini xatırladıb: “Həmin kvartetlə yenidən London səhnəsində çıxış edəcəyik. Daha sonra isə Fransaya gedəcəyəm”.
Xalq artisti gənc və istedadlı müğənnilərlə sintez-duetlərdən zövq aldığını deyib: “O ifaçının ki, daxili aləmi mənə yaxındır, istedadlıdır, köməkliyimi əsirgəmirəm”.
Sənətçi bir çox müğənninin onunla duet oxumaq arzusunda olduğunu deyib: “Çox gənc
ifaçı var ki, mənimlə duet oxumaq istəyir, mənlik deyil. Gərək o müğənnidə istedad olsun, mülayimcəsinə “bu gün vaxtım yoxdur sabah gəl”, “ konsertdəyəm, sonra görüşərik” deyərək təklifi rədd edirəm. Başa düşənlər düşür, çəkilir. Olur hərdən,
bəzən gənc ifaçıları yola verirəm, amma hamını yola vermirəm, çünki bu, sənətdir tarixdə qalır”.
Alim Qasımov xasiyyətcə əsəbi insan olduğunu açıqlayıb: “Mənim kimi hirsli adam var?
Əvvəllər lap əsəbi idim, indi bir az yaşlandıqca düzəlmişəm. Heç nədən əsəbləşirəm”.
Lalə Yusifqızı

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11