“Mozalan” üçün ssenari müsabiqəsi elan olundu
24 yanvar 2011 12:39 (UTC +04:00)

“Mozalan” üçün ssenari müsabiqəsi elan olundu

Müsabiqə “Mozalan” kino-jurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək məqsədilə təşkil olunub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilər. Təqdim olunan bədii süjetlər üçün ssenarilər müasir həyatımızın problemlərini əks etdirməlidir. Ssenarilər 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulmalıdır. Hər iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər. Ssenarilərin qəbulu mayın 1-dək davam edəcək.

Münsiflər heyətinin müəyyən etdikləri beş qalib ssenari “Mozalan” studiyasında
çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək.

Qaliblərin adları mayın 15-dək nazirliyin rəsmi saytında və “Mədəniyyət”
qəzetində açıqlanacaq.
Xəyalə
# 1361

Oxşar yazılar