Azərbaycanlı tələbələr Beynəlxalq Mədəniyyət Festivalında mədəniyyətimizi təbliğ ediblər
25 yanvar 2011 11:21 (UTC +04:00)

Azərbaycanlı tələbələr Beynəlxalq Mədəniyyət Festivalında mədəniyyətimizi təbliğ ediblər

Universitetdə təhsil alan azərbaycanlı tələbələr bu festivalda ölkəmizin mədəniyyətini təbliğ ediblər.
Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, 30-a yaxın ölkənin qatıldığı festival ərzində universitetin əsas foyesində fotolardan ibarət stend quraşdırılıb. Stenddə Azərbaycan yeməklərinin, rəqslərinin və paytaxtımızın fotoları yerləşdirilib. Həftə sonu universitetin yataqxanasında yeməkxanada bozbaş, toyuq ləvəngi və şirin plov verilib. Günün nəticələrinə əsasən ən çox sifariş olunan yeməklərin arasında birinci yerdə bozbaş, üçüncü yerdə isə toyuq ləvəngi olub. Bundan əlavə yeməkxanada səsləndirilən musiqilər arasında Azərbaycan xalq mahnıları, muğamlar və müasir estradamızdan musiqilər də yer alıb.
Tədbirin əsas hissəsi olan mədəniyyətlərin təqdimat mərasimində Azərbaycan üçün xüsusi olaraq ayrılmış stenddə mədəniyyətimizi əks etdirən fotolar, stolda isə Azərbaycana aid açıqcalar, dolma, şəkərbura, paxlava, Azərbaycan çayı, mürəbbələr, nar, limon, suvenir, çərəz, kəlağayı və digər milli atributlarımız iştirakçılara təqdim olunub. Azərbaycanlı iştirakçıların milli geyimdə olması xüsusi diqqət çəkib. Səhnədə Azərbaycana aid təqdimatın nümayiş etdirilməsi, zəngin tariximizi və mədəniyyətimizi əks etdirən faktların tamaşaçıların nəzərinə çatdırılması, “Yüz bir” rəqsi və “Reyhan” musiqisi isti alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanlı tələbələrin bu festivalda uğurla mədəniyyətimizi təbliğ etməsində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Macar-Azərbaycan Dostluq Cəmiyyətinin böyük rolu olub.
# 813

Oxşar yazılar