Şair Nəsib Nəbioğlunun 55 illiyi Moskvada Millətlər evində qeyd edilib
21 may 2009 14:15 (UTC +04:00)

Şair Nəsib Nəbioğlunun 55 illiyi Moskvada Millətlər evində qeyd edilib

Moskvada yaşayan Azərbaycan şairi Nəsib Nəbioğlunun 55 yaşı tamam olub. Bu münasibətlə Rusiya paytaxtında yubiley tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, şairin şərəfinə düzənlənmiş yubiley gecəsini Azərbaycan Yazıçılar İttifaqı Rusiya şöbəsinin rəhbəri Tofik Məlikli açaraq, nəsibinə ikiqat qürbət həyatı yaşamaq düşən (Kəlbəcərdə doğulan şairin vətəni işğal altında olduğu və özü Moskvada yaşadığı üçün) şairin şeirlərindəki özünəməxsusluqdan danışdı: “Nəsib Nəbioğlu doğulduğu Kəlbəcərə sığışmayan lirikasıyla onu Azərbaycan qədər böyüdən yeganə şairdir. Sözün əsl mənasında qələmiylə Kəlbəcər haqqında qəhrəmanıq tarixi yazan şairi nahaq olaraq Sergey Mixalkov “Kəlbəcərin qəhrəman müğənnisi” adlandırmayıb”.
Tədbirdə ünvan olduğu “Kəlbəcər oğlu”, “Oxuyan döyüşçü”, “Kəlbəcər qartalı”, “Kəlbəcər bülbülü” xitablarını Nəsib Nəbioğlu şeirləri ilə qazanmışdı.
Azərbaycanın Rusiyadakı səfirliyinin məsləhətçisi Nigar Axundova səfir Polad Bülbüloğlunun təbrikini çatdırdı. N.Azundova N.Nəbioğlunun Azərbaycanı Rusiya ədəbi mühitində layiqincə təmsil etdiyini deyərək, onun yubiley gecəsində iştirak etməsindən şərəf duyduğunu bildirdi və ona təşəkkür etdi.
Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri də xoş sözlər və hədiyyələri ilə şairi təbrik etdilər. Şair üçün ən böyük hədiyyə isə Rusiya Yazıçılar İttifaqı Moskva təşkilatının onu “Mayakovski” ordeninə layiq görməsi oldu. Ordeni Rusiya Yazıçılar İttifaqı adından Nəsib Nəbioğlunun rusca nəşr olunan və yeni çapdan çıxan ikinci kitabı – “Poyuşşiy voin” şerlər toplusunun tərcüməçisi Nikolay Qoroxov təqdim etdi.
Tofik Məlikli isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Fikrət Qocanın ona telefon açaraq, yubilyarın Rəsul Rzanın doğum günü ilə bağlı təsis olunmuş eyniadlı ordenlə təltif olunduğunu söylədi.
Gecədə Rusiyadakı Azərbaycan məktəbinin şagirdləri şairin şeirlərindən ibarət kompozisiya isə çıxış etdilər.
Gecənin bədii hissəsini kəlbəcərli gənc muğam ifaçısı Babək Niftəliyevin, tanınmış müğənni Faytonçu Nazimin musiqisi bəzədi.
Tünzalə Vəliqızı
Moskva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21