Norveçdə Azərbaycan konserti
25 may 2009 14:45 (UTC +04:00)

Norveçdə Azərbaycan konserti

0
Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək

13 İyunda Norveç Azərbaycanlıları Gənclər təşkilatı Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Osloda möhtəşəm konsert kecirəcək. Bu barədə Lent.az-a Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev məlumat verib. Tədbirdə 6 musiqiçi (3 müğənni, 3 instrumental ifaçı) iştirak edəcək.

Qeyd edək ki, Norveç Azərbaycanlıları Gənclər təşkilatı 2006-cı ildə təsis olunub. Son üç ildə seminarlar, biznes forum, konsertlər, sərgilər, akademik və diaspora tədbirləri keçirib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar