
Elçin Əfəndiyev: “İlyas Əfəndiyev ideologiyaya yox, ədəbiyyata xidmət edirdi”
0
0
“Əsərləri ən çox nəşr olunan yazıçılardan biri, bəlkə də birincisi İlyas Əfəndiyevdir”. Lent.az-ın məlumatına görə bu açıqlamanı xalq yazıçısı Elçin Əfəndiyev atasının 95 illik yubiley tədbirində jurnalistlərə açıqlamasında deyib: “İlyas Əfəndiyev əsərlərinin demək olar ki, 95-97 faizini sovet dövründə yazıb. 96-cı ildə rəhmətə gedib. Sovet vaxtı ədəbiyyat hakim ideologiyanın tərkib hissəsi idi. Təsadüfi deyil ki, hakim ideologiya yox olandan sonra onun təsiri altında yazan bir çox böyük yazıçılar da yox olub getdi. Amma baxın, bu gün Azərbaycanda əsərləri ən tez-tez tamaşaya qoyulan dramaturqlardan biri də İlyas Əfəndiyevdir. Təsəvvür edin, sovet vaxtı yazılan bu əsərlər indi müstəqil Azərbaycan oxucusuna təqdim olunur. Bügünkü Azərbaycan oxucusu onu sevir, sevməsəydi, onun tamaşası səhnələşdirilməzdi. İlyas Əfəndiyev ideologiyaya yox, ədəbiyyata xidmət edirdi”.
Lalə Yusifqızı
Lalə Yusifqızı
0
0
Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11