“Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçirilib
0
0
Bu gün Muzey Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə “Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyır.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş çıxış edərək iştirakçıların ünvanına xoş sözlər söyləyiblər. Müsabiqəyə Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tailand, Türkiyə, Ukrayna, Pakistan, Polşa və digər ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olub. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq bunlardan ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdirilir.
Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, onlara diplom, medal və hədiyyələr təqdim olunub.
Kimyə Rüstəmova

Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11