Barış Mançonun mahnılarının müəllifi ölüb
Türkiyənin məşhur bəstəçisi, "Kurtalan Ekspres" musiqi qrupunun gitaraçısı Bahadır Akkuzu infarkt keçirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, dünən axşam özünü pis hiss edən musiqiçi oğlu Sonat Akkuzu tərəfindən xəstəxanaya çatdırlıb.
Bahadır Akkuzu sinəsində və qolundakı ağrıdan şikayətlənib. Həkimlər onu müayinə ediblər. Ancaq rentgen müayinəsi zamanı Bahadır Akkuzu qəfil huşunu itirib.
İnfarkt keçirən 54 yaşlı musiqiçini həyata qaytarmaq üçün 1 saat çalışsalar da, bir nəticə hasil olmayıb, o, xəstəxanada keçinib.
Qeyd edək ki, 15 yaşından səhnəyə çıxmağa başlayan Akkuzu ilk dəfə "4 Adam" adlı qrup qurub. 1978-ci ildən "Kurtalan Ekspres" qrupunun gitaraçısı, vokalisti və qurucusudur.
Musiqi həyatı dövründə Barış Manço, Cem Karaca, Erkin Koray, Edip Akbayram kimi sənətkarlarla çalışıb. Akkuzunun "Sakız xanımla Mahur Bəy", "Qara toprak, ver yarımı" və "Al məni" adlı bəstələri Barış Manço tərəfindən oxunub.

Oxşar yazılar

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09