Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib
18 avqust 2009 13:30 (UTC +04:00)

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Tanınmış Azərbaycan müğənnisinin xatirəsi anılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalda müxtəlif ölkələrdən dəvət olunmuş virtioz pianoçular öz məharətlərini nümayiş etdirirlər. Lent.az-ın məlumatına görə, festival çərçivəsində artıq 3 gündür ki, Qəbələ rayon Mədəniyyət evində gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilir. Avqustun 17-də müsabiqənin II turuna start verilib. Tura bu gün - avqustun 18-də yekun vurulacaq. Avqustun 19-da müsabiqənin final mərhələsi keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Avqustun 17-də axşam saat 21-də, musiqi festivalının proqramına uyğun olaraq, Qəbələdəki “Qafqaz Resort” otelinin qarşısında açıq havada dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert olub. Əvvəlcə Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qeyd olunub ki, avqustun 17-si dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin doğum günüdür. 67 yaşında dünyasını dəyişən sənətkar bu gün də sevilə-sevilə xatırlanır. Təkrarolunmaz bariton səsi ilə səhnələri fəth edən Müslüm Maqomayev Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıdıb.

Konsetrdə solistlər Fərhad Bədəlbəylinin və Murad Adıgözəlzadənin, dirijor Dmitri Yablonskinin müşayiəti ilə İsrailin məşhur Ranaana Simfonik Orkestri C.Qerşvinin və L.Bernstaynın əsərlərini səsləndirib.

Xatırladaq ki, avqustun 20-də pianoçular müsabiqəsinin münsiflər heyətinin qala konserti olacaq. Ayın 21-də isə Mənsum İbrahimov, Aygün Bayramova, Elçin Həşimov və Elnur Əhmədovun iştirakı ilə muğam axşamı təşkil ediləcək.

Festivalın təntənəli bağlanışı avqustun 22-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28