Elçin Əfəndiyevin kitabı film olacaq
26 avqust 2009 12:00 (UTC +04:00)

Elçin Əfəndiyevin kitabı film olacaq

Baş nazirin müavini Elçin Əfəndiyevin savaş, səfalət və böyük eşqi tərənnüm edən “Mahmud və Məryəm” adlı kitabı Türkiyədə bədii rəhbər Sevda Kayqısız tərəfindən bəyaz pərdəyə gedəcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, film Türkiyədə fantastik türk filmi olma özəlliyinə sahib olacaq.

Çaldıran döyüşü dövründən bəhs edən “Mahmud və Məryəm” adlı kitab önümüzdəki il nümayişə çıxacaq. 1500-cü illərdə Çaldıran döyüşü dönəmində məhəbbəti uğrunda çöllərə düşən padşah oğlu Mahmudun bu səfər sırasında rastlaşdığı hadisələr, gördükləri filmoqrafiyada bütünləşərək bəyaz pərdəyə köçürüləcək. Film Qars, Azərbaycan və Ərzurumda çəkiləcək. Yanvar ayından hazırlıqlar başlanacaq.

Filmin sınaq çəkilişləri may ayında reallaşacaq. 2010-cu ilin dekabrında nümayiş olunması gözlənilən layihə beynəlxalq platformada yer alacaq.

E. Əfəndiyev artıq müqaviləni imzalayıb. Yazar açıqlamasında deyib: “Mahmud ilə Məryəm Türkiyə ilə Azərbaycanın birlikdə reallaşdıracağı gözəl bir film olacaq. Filmdə Azərbaycanlı və türk aktyorları oynayacaq. Belə bir əməkdaşlıq Azərbaycanda ilk olacaq”.

Sevda Kaygısız filmin beynəlxalq platformada səs gətirəcəyini və çəkilişlərin iki ay sürəcəyini bildirib: “Bu film bu vaxta qədər ölkəmizdə gerçəkləşəcək hər iki tərəfin nazirliklərinin dəstəklədiyi bir ilk olacaq. Hazırlıqlar indidən başlanıb”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28