Kürdəmirdə yandırılmış şəhərin qalıqları tapıldı
17 sentyabr 2009 16:30 (UTC +04:00)

Kürdəmirdə yandırılmış şəhərin qalıqları tapıldı

Divarlarının hündürlüyü 2 metr olan unikal tikinti kompleksi, 300-ə yaxın müxtəlif saxsı qablar, muncuq, mis pullar və s. aşkar edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyasının əməkdaşlarının Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində apardıqları arxeoloji tədqiqatlar zamanı XII-XIII əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Qazıntıya rəhbərlik edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev şəhərin yandırıldığının ehtimal edildiyini söyləyib. Təxminən 200 kvadrat metr sahədə aparılan qazıntı işləri nəticəsində əsas divarlarının hündürlüyü 2 metrdən ibarət olan unikal tikinti kompleksinin, 300-ə yaxın müxtəlif saxsı qablar, muncuq, mis pullar və s. aşkar edildiyini bildirən Q.Cəbiyev tapılan əşyaların laborator araşdırmalardan sonra Kürdəmir muzeyinə təhvil veriləcəyini bildirib.
Arxeoloji qazıntılar davam edir.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28