Naxçıvan Teatrı yeni mövsümü “Qurbanəli bəy”lə açdı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 127-ci mövsümünə başladı. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin Lent.az-a verdiyi məlumata görə, teatr yeni mövsümünü Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi əsasında hazırlanan səhnə əsəri ilə başlayıb. Xalq artisti Kamran Quliyevin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Faiq Musayev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovdur.
Səhnə əsərində əsas rolları Azərbaycan Respublikasının xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, əməkdar artistlər Xəlil Hüseynov, Yusif Allahverdiyev və başqaları ifa ediblər.
Qeyd edək ki, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il Anarın “Qaravəlli”, xalq yazıçısı Elçin Əfəndiyevin “Ah Paris…Paris…” əsərlərini tamaşaya qoyub. Teatr ilin sonunadək Əkrəm Əylislinin “Yazığam, sevmə məni” və Şamil Sadiqin “Qana qan qarışdı” əsərlərini də səhnələşdirəcək.
Fariz YUNİSLİ

Oxşar yazılar

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09