Məşhur aktrisa yıxılıb ombasını sındırdı
14 fevral 2011 17:51 (UTC +04:00)

Məşhur aktrisa yıxılıb ombasını sındırdı

Bu yaxınlarda 75 yaşını qeyd edən məşhur rus və sovet aktrisası və müğənnisi Lyudmila Qurçenko ağır vəziyyətdə xəstəxanaya düşüb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həyat yoldaşı Serqey Senin aktrisanın sürüşüb yıxıldığını və ayağını sındırdığını deyib.

Məlumata görə, SSRİ xalq artisti evinin yanında yıxılıb və omba sümüyü sınıb. Yaxın günlərdə konsilium olacaq və Qurçenkonun əməliyyat edilib-edilməyəcəyi barədə qərar veriləcək.

Qeyd edək ki, omba sümüyünün qırılması yaşlı insanlar üçün ən ağır zədələrdən sayılır.
# 747

Oxşar yazılar