Bu il üç yeni bədii film çəkiləcək
02 may 2011 13:23 (UTC +04:00)

Bu il üç yeni bədii film çəkiləcək

Kinostudiyadan Lent.az-a verilən məlumata görə, filmlərdən biri Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə çəkilir. İki seriyalı filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğludur.

Növbəti filmə Aqil Abbasın “Dolu” romanı əsasında quruluş veriləcək. Filmin ssenarisini də Aqil Abbas özü yazıb. Quruluşu isə rejissor Elxan Cəfərova həvalə olunub.

Bu il istehsal olunacaq üçüncü bədii film “Çölçü” adlanır. Filmi rejissor Şamil Əliyev Vidadi Həsənovun ssenarisi əsasında çəkəcək.

Hər üç filmin rejissor ssenarisinin yazılış dövrü başa çatıb. Hazırlıq dövrü də başa çatandan sonra rolları ifa edəcək aktyorların adları məlum olacaq.

Xəyalə
# 602

Oxşar yazılar