Eldar Əliyevin quruluş verdiyi “Jizel” Budapeştdə təqdim olundu
02 may 2011 14:38 (UTC +04:00)

Eldar Əliyevin quruluş verdiyi “Jizel” Budapeştdə təqdim olundu

Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tamaşanı bu ilin əvvəlindən etibarən teatrın bədii rəhbəri vəzifəsində çalışan həmyerlimiz, baletmeyster Eldar Əliyev hazırlayıb.

“Jizel”in Fransa paytaxtında ilk tamaşasının 170 illiyinə həsr olunan premyera böyük uğurla keçib. Tamaşada Macarıstan dövlət və hökumət qurumlarının təmsilçiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak edib.

Eldar Əliyev 1959-cu ildə Bakı şəhərində doğulub. Bakı Xoreoqrafiya məktəbini bitirib, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1980-1992-ci illərdəki Leninqraddakı S.M.Kirov adına Opera və Balet Teatrının solisti olub. 1992-ci ildən ABŞ-da yaşayır. Rəhbərlik etdiyi balet truppası 2005-ci ildə bu ölkədə məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletini tamaşaya qoyub. Hazırda Eldar Əliyev Macarıstan tərəfinin dəvəti ilə Budapeşt Opera və Balet Teatrının balet üzrə bədii rəhbəri vəzifəsində çalışır.
# 550

Oxşar yazılar