“Yuğ” teatrında “Olmaq istəmirəm...”, “Qağayı” , “Diogenin çəlləyi”
02 may 2011 14:49 (UTC +04:00)

“Yuğ” teatrında “Olmaq istəmirəm...”, “Qağayı” , “Diogenin çəlləyi”

Bunlardan biri H.Vidadi İsmayılın “Şair olmaq istəmirəm...” şeirlər kitabı əsasında hazırlanan “Olmaq istəmirəm...” tamaşasıdır. Bu barədə Lent.az-a “Yuğ” teatrının ədəbi hissə müdiri Elçi Cəfərov məlumat verib.

Vidadi Həsənovun öz şerləri əsasında hazırladığı “Olmaq istəmirəm...” tamaşası nümayişə hazırdır. Tamaşada əsas rolları Məmməd Səfa, İlahə Həsənli oynayırlar.

Teatrın rejissoru Gümrah Ömər iki yeni tamaşa üzərində işləyir. Bunlardan biri A.B. Kasaresin “Qəbir qazma üsulu” əsəridir, tamaşanın məşqləri başlayıb. Tamaşa dövlət sifarişi ilə hazırlanır. Digəri isə “Qağayı” tamaşasıdır, A. P. Çexovun eyniadlı pyesi əsasında ərsəyə gəlir.

Qeyd edək ki, bununla yanaşı teatrın baş rejissoru Vaqif İbrahimoğlunun quruluş verdiyi “Diogenin çəlləyi” tamaşası yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.

Lalə Yusifqızı
# 647

Oxşar yazılar