“Romeo və Cülyetta” tamaşasında döyüş və rəqsləri məşhur Rusiya xoreoqrafı quracaq
10 iyun 2011 15:00 (UTC +04:00)

“Romeo və Cülyetta” tamaşasında döyüş və rəqsləri məşhur Rusiya xoreoqrafı quracaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dövlət sifarişi ilə U.Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında hazırlanan eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün Rusiyanın əməkdar incəsənət xadimi, məşhur Rusiya xoreoqrafı Sergey Qrisay Bakıya dəvət olunub. Bu barədə Lent.az-a teatrın mətbuat xidmətindən bildiriblər. Məlumata görə, hazırda tamaşa üzərində qızğın yaradıcılıq işləri aparılır.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir. Rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kübra Dadaşova, Şövqi Hüseynov, Nofəl Vəliyev, Vahid Əliyev, İlqar Cahangirov, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Asya Atakişiyeva, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmayılov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov, Mirzəağa Mirzəyev və başqaları çıxış edəcəklər.

Xəyalə
# 605

Oxşar yazılar