Şuşalı uşaqlar Milanda konsertlə çıxış ediblər - FOTO
İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Milanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindən ibarət qaçqın uşaqların bir qrupunun konserti təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, uşaqlar öz ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Konsert proqramında Cüzeppe Verdi adına Konservatoriyanın tələbələrindən ibarət xor qrupu və pianoçuları da çıxış ediblər. Konsert proqramından sonra səfirlik tərəfindən şam yeməyi verilib. Yerli mətbuatda konsert proqramından bəhs edən məqalə dərc olunub. Məqalədə konsert proqramında çıxış edən uşaqların qaçqın olmasından, onların qaçqın taleyi yaşamasına səbəb olmuş ermənilərin Azərbaycana təcavüzündən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından bəhs olunur. Məqalə uşaqların ifasını əks etdirən şəkillərlə illüstrasiya olunub.

Oxşar yazılar

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37