Tələbələrin “Qeyri-adi məhkəmə”si
15 iyun 2011 12:26 (UTC +04:00)

Tələbələrin “Qeyri-adi məhkəmə”si

Bu barədə Lent.az-a teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan deyib. Onun sözlərinə görə, bu təklif Xarici Dillər Universitetinin Tələbə Həmkarlar Komitəsi tərəfindən irəli sürülüb: “Təklif olundu ki, “Qeyri-adi məhkəmə” tamaşasını tələbələrin iştirakı ilə quraq. Mən də razılıq verdim. Yaradıcı işlə bağlı lazımi tapşırıqlarımı vermişəm. Tələbələr – aktyorlar seçiləndən sonra məşqlərə başlayacağıq”.

İ. Soltan bildirib ki, bu tamaşanın ölkənin 20-yə qədər ali məktəbində göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Uşaq Teatrı bu tamaşanı Ədliyyə Nazirliyinin sifarişi ilə Arzu Soltanın “Heç kəsə zəmanət verilmir” pyesi əsasında hazırlayıb. QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyan, interaktiv üslubda – seminar tamaşa janrında hazırlanan “Qeyri adi məhkəmə” cəzaçəkmə müəssisələrində nümayiş üçün nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.

Xəyalə
# 568

Oxşar yazılar