200 min dollar mükafat qazanan  FOTO
14 noyabr 2024 11:19 (UTC +04:00)

200 min dollar mükafat qazanan FOTO

Çinli fotoqraf Lipinq Cao dünyanın ən zəngin fotoqrafiya müsabiqəsi olan Hamdan Bin Mohammed Bin Rashid Al Maktum Beynəlxalq Mükafatının (HIPA) qalibi olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ildə bu mötəbər beynəlxalq yarışın mükafat fondu 1 milyon dollara qədər artırılıb. Lipinq Cao "Sakit Güc" adlı fotosuna görə 200 min dollar alıb. Onun fotosu şübhəsiz ki, "Davamlı və təbii enerji" mövzusuna uyğunluq təşkil edir.

 200.000 dollar gəlir gətirən foto Canon EF 24-105mm f/4L obyektivli Canon EOS 5D Mark III DSLR kamerasında çəkilib.

HIPA müsabiqənin on üçüncü mövsümü üçün illik mükafatlandırma mərasimini Dubayın “Gələcək Muzeyi”ndə keçirilib. Tədbirdə beynəlxalq fotoqrafiya ictimaiyyətinin aparıcı simaları iştirak ediblər.

Fotoqraf Cimmi Nelsona Fotoqrafiya Təqdir Mükafatı, həmçinin 100.000 dollar pul mükafatı təqdim edilib.

Bu mükafat “yaradıcı insanların gələcək nəsillərini bu sənət növünün hüdudlarını aşmağa davam etməyə ruhlandıran” fotoqrafiyanın inkişafına mühüm töhfələr vermiş insanları tanıyır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4540

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28