Təbriksiz, qonaqsız, yataqda keçən ad günü - Xalq artisti 72 yaşında
20 iyul 2020 11:08 (UTC +04:00)

Təbriksiz, qonaqsız, yataqda keçən ad günü - Xalq artisti 72 yaşında

Bu gün Azərbaycan kinosunun rejissoru-aktyoru, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, estrada və musiqili teatr rejissorluğu kafedrasının yaradıcısı və müdiri, "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin ad günüdür.

Lent.az xəbər verir ki, aktyorun 72 yaşı tamam olur.

Yuxarıda sadaladıqlarım rəsmi məlumatlardır onun haqqında. Xalqın dilində Ramiz Əzizbəyli “Bəyin oğurlanması” filmində “Tello” mahnısının ifaçısı, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi komediya filmlərinin rejissorudur. Ramiz Əzizbəyli həm də şeirlər və hekayələr müəllifidir. 

“Mozalan” satirik kinojurnalından səsi ilə də yaddaşlarda qalıb Ramiz Əzizbəyli. Əksər süjetlərin qəhrəmanlarını səsləndirib.

Bir müddət teatrda da fəaliyyət göstərib. Oynadığı rollardan biri də “O olmasın, bu olsun” komediyasında Məşədi İbad olub.     

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Səhər zəng edib aktyoru təbrik etdim, səhhəti ilə maraqlandım. Çox sevindi, amma “səhhətim yaxşı deyil” - dedi. İki ilə yaxındır, yataq şəraitində müalicə alan aktyor eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir. Yüksək təzyiq və şəkər orqanizmində fəsadlar törədir. Deyir, 72 yaşımı da yataq şəraitində qonaqsız, təbriksiz keçirəcəm: “Eybi yox, buna da dözərəm, təki millətimin başından bəlalar götürülsün, hamının canı sağ olsun”.

Aktyora tezliklə sağlığına qovuşmaq diləyirik.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7493

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28