Aktyorlar arasında dava niyə düşüb? - RƏSMİ AÇIQLAMA
08 aprel 2025 13:25 (UTC +04:00)

Aktyorlar arasında dava niyə düşüb? - RƏSMİ AÇIQLAMA

“Aprelin 4-də rəhbərlikdən narazı olan aktyorlarla bağlı iclas çağırılmışdı, lakin narazı aktyorlar iclasa gəlmədilər”.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilib.

Qeyd edilib ki, iclasda teatrın aktyorlarından ibarət Bədii Şura üzvləri iştirak edib: “Aktyorlar arasında olan qeyd olunan fakt iclasdan kənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb”.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Akademik Milli Dram Teatrının Bədii Şurasının iclasında Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Bu zaman mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nura hücum edərək ona yumruq atıblar. Bundan sonra Xalq artisti prokurorluğa müraciət edib.

APA-ya açıqlamasında məsələ ilə bağlı şərh vermək imtina edən Əli Nur teatrın bədii rəhbəri və direktoru ilə danışmağı tövsiyə edib.

APA isə öyrənib ki, insident barədə hüquq-mühafizə orqanlarına hələlik müraciət daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1706

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28