Azərbaycanlı aktyor Hollivudda filmə çəkiləcək
05 dekabr 2025 17:41 (UTC +04:00)

Azərbaycanlı aktyor Hollivudda filmə çəkiləcək

0

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi "Reenakt" adlı filmin aktyor heyətinə qoşulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq.

Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır.

Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Hollandiya və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun "Reenactment" filmindəki işi İsgəndərovun bu il oynadığı üçüncü bədii filmdir. O, Jesse Eisenbergin “A24” və “Fruit Tree” filmləri üçün çəkdiyi, hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də “Topic Studios” tərəfindən istehsal olunmuş Jordan Firstmanın rejissorluq debütü olan "Club Kid" filmində baş rollarda rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar