Co Baydenin xanımı  APARICILIQ EDƏCƏK
02 fevral 2023 18:57 (UTC +04:00)

Co Baydenin xanımı APARICILIQ EDƏCƏK

ABŞ-ın birinci xanımı Cil Bayden 2023-cü il fevralın 5-də nüfuzlu "Qremmi" mükafatlarının təqdimat mərasimində aparıcılıq edəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcılar arasında "Qremmi"nin qalibləri və nominantları da var idi: Cardi B, Billi Kristal, Şanayya Tveyn, Oliviya Rodriqo, Viola Devis, Dueyn Conson, Ceyms  Korden.

Bununla belə, əsas aparıcı rolu ABŞ prezidentinin həyat yoldaşına deyil, cənubi afrikalı aktyor Treor Noaya həvalə olunacaq.

Mərasimdə 2021-ci il oktyabrın 1-dən 2022-ci il sentyabrın 30-dək olan dövrü əhatə edən ilin ən yaxşı bəstələri və ifaçılarını açıqlanacaq.

Qeyd edək ki, Beyons doqquz kateqoriyada qeyd olunaraq nominasiyaların sayına görə lider olub. Ondan sonra Kendrik Lamar və Adel gəlir

 

# 1704
avatar

Fidan İlqar

Oxşar yazılar