Hansı yazıçı  daha çox kitab   yazıb? 4000-ə yaxın roman
28 mart 2024 14:44 (UTC +04:00)

Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman

Ədəbiyyat tarixində çoxlu məhsuldar yazıçılar olub.

Aleksandr Duma, Voltar, Lope de Vega, Isaak Asimov kimi yazıçılar ən məhsuldar yazıçılar hesab olunsalar da, ispaniyalı Korin Tellado onarın hamısını üstələyir. 

Lent.az xarici mediaya istinadən ən çox əsər yazan, ən məhsuldar yazıçı barədə məlumat verir.

81 il yaşayan yazıçı həyatı boyu 4000 roman yazıb.

O, 1927-ci ildə İspaniyanın şimalındakı Asturiya əyalətində anadan olub.

Uşaq ikən Tellado Aleksandr Dümanın və Onore de Balzakın əsərlərini oxumağı çox sevib.

İspanın ilk romanı 19 yaşında nəşr olunub. Bundan sonra Tellado nəşriyyatla müqavilə bağlayıb və hər həftə bir qısa roma yazıb.

Yazıçı 1964-cü ilə qədər bu qayda üzrə işləyib. Lakin o, müqaviləsinə xitam verildikdən sonra da məhsuldar müəllif olaraq qalıb.

Bütün yaradıcılıq fəaliyyəti dövründə Tellado 4000 roman yazıb. Onların ümumi tirajı 400 milyon nüsxəni keçir.

Məhsuldarlıq və istedad yazıçıya İspaniyada ən çox oxunan yazıçılardan biri olmağa, həmçinin Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib.


 

# 2010
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar