Hollivud ulduzu  kəndə köçdü
28 mart 2023 13:45 (UTC +04:00)

Hollivud ulduzu kəndə köçdü

Hollivud aktyoru Conni Dep İngiltərədə bir kəndə köçdüyünü, orda sakit həyat yaşadığını elan edib.

Lent.az-ın məlumatına görə, aktyor Somerset qraflığındakı malikanəsini 2014-cü ildə alıb. 12 yataq otağı olan bu evin qiyməti hələ o zamanlar 13 milyon funt-sterlinq təşkil edib.

Aktyor “Somerset Life” jurnalına verdiyi müsahibədə bildirib ki, xüsusi xarakteri olan yerləri sevir və dünyanın müxtəlif nöqtələrində çoxlu sayda evləri var.

“Utancaq adamam, Britaniyadakı kənd evimdə istədiyim kimi davrana, özüm ola bilirəm. Ona görə bura xoşuma gəlir. İngilislərin soyuq  xarakteri məni valeh edir. Onlar  məsafə saxlamağı bacarır, məni sonsuz avtoqraf və selfi istəkləri ilə yormurlar. Özümə və ailəmə rahatlıqla zaman tapa bilirəm”, -  o bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar